22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Antalyada meşə yanğını

29-07-2024
IMG

Antalyanın Serik rayonunda elektrik dirəyinin aşması nəticəsində baş verən meşə yanğını qismən nəzarətə götürülüb. Təxminən 65 hektar ərazinin külə döndüyü yanğın bölgəsində qruplar işlərini davam etdirir. Xatırladaq ki, dünən yerli vaxtla  saat 16:00 radələrində Serik, Yumaklar, Koca Mehmetler, Akçalar məhəlləsində meşə yanğını baş verib. İlkin məlumata görə, kabellərin aşmış elektrik dirəyinə dəyməsi nəticəsində yaranan qığılcım nəticəsində baş verdiyi açıqlanan yanğın küləyin təsiri ilə sürətlə yayılıb. Yanğın aşkar edildikdən sonra quru və hava qrupları sürətlə əraziyə yönəldilib. Yanğınsöndürmə işləri 8 təyyarə, 6 helikopter, 26 su maşını, 3 iş maşını və 184 canlı qüvvənin iştirakı ilə intensiv şəkildə davam etdirilib.

Yaşayış massivlərinin və əkinçilik sahələrinin yerləşdiyi ərazidə 30 ev təxliyə edilib. Yerli əhali qrupların köməyi ilə heyvanlarını xilas etməyə çalışıb. 

Əraziyə gecəgörmə qabiliyyətinə malik iki vertolyot yönəldilib. Gecə görüşlü vertolyotlar və quru qrupları səhərə qədər alovla mübarizəni davam etdirib. İlkin məlumatlara görə, təxminən 65 hektar ərazini əhatə edən yanğın qismən nəzarətə götürülüb. 

Yanğının tamamilə nəzarət altına alınması üçün qrupların müdaxiləsi davam edir, nəzarət altına alınan nöqtələrdə isə soyutma işləri aparılır. Yanğın zamanı insan itkisinin olmadığı da bildirilib.

Paylaş: