Antalyada güclü yağış tarixi divarları zədələyib
Ötən bazar ertəsi gecə və çərşənbə axşamı yağan güclü yağışa məruz qalan Antalyada narıncı kodla xəbərdarlıq edildikdən sonra çox sayda avtomobil, ev və iş yeri su altında qalıb. Antalyanın tarixi Kaleiçi divarları 2 gün davam edən şiddətli yağışdan sonra xarabalıqlara dönüb. Şəhərin qismən sel sularına məruz qalan tarixi Kaleiçi bölgəsində şəhər divarlarının bəzi yerlərində sürüşmə baş verib, bəzi yerlərdə divar daşları Kaleiçiyə yuvarlanıb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, çökmənin baş verdiyi ərazinin üstündə yerləşən bir iş yerinin altında böyük boşluq yaranıb. Hadisədə can itkisi və yaralanan olmayıb, Muratpaşa Bələdiyyəsi ərazini təhlükəsizlik zolağı ilə bağlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...