Antalyada güclü yağış nəticəsində məscidi su basıb
Antalyanın Kaş rayonunda davam edən leysan səbəbindən məscidi su basıb. Dünən başlayan və bütün Kaşda fasilələrlə davam edən yağış axşam saatlarında təsirini daha da artırıb. Yağış səbəbindən kənd yerlərində evləri və istixanaları su basıb, bəzi ərazilərdə yollar nəqliyyata bağlanıb.
Ahatlı rayonundakı Ahatlı məscidini də su basıb. Məscid yararsız hala düşüb.
Sarılar rayonunda 7 baş xırdabuynuzlu mal-qara su basmış tövlədə tələf olub, 2 baş iribuynuzlu heyvan isə bələdiyyə qrupları tərəfindən xilas edilib. Kaş Bələdiyyəsi Texniki İşlər Müdirliyinə bağlı iş maşınları daşan dərə və bağlı yollarda işlərini davam etdirir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...