22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Antalyada dənizi çirkləndirən gəmilərə 52 milyon lirə cərimə kəsilib

30-01-2024

Antalyada son 6 ayda dənizin çirklənməsinə səbəb olduğu müəyyən edilən 35 gəmiyə ümumilikdə 52 milyon 560 min lirə cərimə kəsilib. Antalya Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, Antalya körfəzində gəmilərin yaratdığı çirklənmənin qarşısını almaq üçün “Elektron Gəmi Təftiş Sistemi” tətbiqi çərçivəsində 22 nöqtəyə termal və gecəgörmə kameraları quraşdırılıb.

Komandalar daima sistemin mərkəzindəki ekranları yoxlayır və gəmilərin yaratdığı çirklənmə aşkar edildikdə, dərhal sürət qayıqları ilə personalı bölgəyə göndərirlər. Tullantıları atdığı aşkar edilən gəmilərə qarşı cəzalar tətbiq edilir. Bu çərçivədə son 6 ayda dənizin çirklənməsinə səbəb olduğu təsbit edilən 35 gəmiyə ümumilikdə 52 milyon 560 min lirə cərimə kəsilib.

Paylaş: