22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Antalyada dəniz suyunun çirkliliyi

20-08-2024
IMG

Türkiyə Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Antalyanın Konaklı qəsəbəsi və Damlataş çimərlik ərazisində dənizin çirklənməsinə səbəb olan təmizləyici qurğu ilə bağlı Antalya Böyükşəhər Bələdiyyəsinə 464 min 585 lirə cərimə kəsib.

Yoxlamalar zamanı xəttin çıxış nöqtəsində tünd rəngli və çirkləndirici tullantı sularının olduğu müəyyən edilib. Bundan əlavə, eyni gün Damlataş çimərlik ərazisində yağış suyu kanalının axıdılması nöqtəsində də oxşar görüntülər qeydə alınıb.

Nazirlik tərəfindən alınan xəbərdarlığın ardından bölgəyə Antalya Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Müdirliyinin yoxlama qrupları sövq edilib. Obyektdən tullantı sularının standartlara zidd olaraq axıdılması müəyyən edilib və axını dayandırılıb. Məsələ ilə bağlı cinayət işi açılıb.

Paylaş: