Antalyada 32 tuna balığına peyk cihazları quraşdırılıb
Antalyanın Alanya rayonu sahillərində mavi üzgəcli orkinosların çoxalma və qidalanma sahələri haqqında məlumat toplamaq üçün 32 ədəd ton balığına peyklə qoşulmuş elektron cihaz bağlanıb.
Layihə Atlantik Tuna Balıqlarının Mühafizəsi üzrə Beynəlxalq Komissiyanın “Atlantik Geniş Göyüzgəcli Tuna Tədqiqat Proqramı” çərçivəsində həyata keçirilir.Balıqlar cihazlara bağlanaraq dənizə buraxılıb və bu cihazlar 1 il ərzində onlarla bərabər olacaq.
Aralıq dənizi Balıqçılıq Tədqiqat, İstehsalat və Tədris İnstitutunun direktoru Serkan Erkan bildirib ki, Atlantik Tuna Balıqlarının Mühafizəsi üzrə Beynəlxalq Komissiya hər il tuna ovu üçün ölkələrə müəyyən kvota tətbiq edir və bu il Türkiyəyə 2500 ton kvota verilib.
Tuna balıqçılığının Türkiyə üçün əhəmiyyətli bir qaynaq olduğunu deyən Serkan Erkan kvota artırmaq üçün elmi işlərə diqqət yetirdiklərini və balıqlar haqqında daha ətraflı məlumat əldə etmək üçün peyk monitorinqi layihəsinə başladıqlarını bildirib.
Əldə ediləcək məlumatların Türkiyənin ton balığı kvotasının artmasına töhfə verə biləcəyini ifadə edən Erkan əlavə edib ki, mavi yüzgəcli orkinosun Atlantik mənşəli bir heyvan olduğuna dair bir fikir var, ancaq buradan alacağımız məlumatlarla bəlkə də bu balıqların bizim bölgəyə aid olduğunu sübut edəcəyik.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...