22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ankarada yol qəzasında zərər çəkən 27 nəfərdən beşinin vəziyyəti ağır qiymətləndirilir

10-08-2024
IMG

Ankarada yerüstü piyada keçidinə çırpılan avtobusda olan 27 zərərçəkmiş sərnişindən beşinin vəziyyəti ağır qiymətləndirilir.

Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu bildirib.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisəsində doqquz nəfər, o cümlədən bir ailənin beş üzvü həlak olub.

Ankara-Eskişehir magistral yolu ilə hərəkət edən avtobus Olukpınar kəndi yaxınlığında idarəetməni itirib. Sərnişinlər arasında bir ailənin 8 üzvü olub. Onlardan 5-i dünyasını dəyişib. Qəzada avtobusun sürücüsü də həlak olub.

Prokurorluq orqanları araşdırmanı davam etdirir.

Rəsmilər ilkin olaraq Ankarada baş verən qəzada 10 nəfərin həlak olduğunu, 25 nəfərin yaralandığını bildiriblər.

Paylaş: