Ankarada sərnişin təyyarəsi eniş zolağından çıxıb
Ankara-Yüksekova reysini həyata keçirən “Ajet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güclü yağış səbəbindən uçuş-enmə zolağından çıxıb və ön dayağı təxminən 5 metr eniş zolağından çıxaraq palçığa ilişib. Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlunun verdiyi açıqlamaya görə, 185 sərnişin və 7 ekipaj üzvü problemsiz olaraq təyyarədən təxliyə edilib, heç bir neqativ hal aşkarlanmayıb.
Yerli vaxtla saat 11.20-də Ankaradan havaya qalxan “Ajet”-in Boeing 737-800 tipli sərnişin təyyarəsi saat 13.15-də Hakkarinin Yüksekova rayonundakı Səlahəddin Əyyubi hava limanına eniş edib. Bu arada havanın yağışlı olması və rütubətli uçuş-enmə zolağı səbəbindən təyyarə sürüşərək uçuş-enmə zolağından çıxıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...