Ankara Saray Muzeyi ziyarətçilərin istifadəsinə verilib
Cümhuriyyətin ilk illərinin monumental binalarından biri olan, 2018-ci ildə bərpasına başlanan və Prezident Milli Saraylar Müdirliyi tərəfindən tamamlanan Ankara Saray Muzeyi ziyarətçilərin istifadəsinə verilib.
Prezident Milli Sarayları Müdirliyi tərəfindən bərpası tamamlanan muzeyi bazar ertəsi istisna olmaqla, saat 09.00-17.00 arası ziyarət etmək olar.
Ramazan bayramının sonuna qədər pulsuz ziyarət edilə bilən muzeydə rəsmlər, saatlar, texnoloji alətlər, gümüş qablar, qab-qacaq, əlyazma və çap işləri, Atatürkün istifadə etdiyi əşyalar, diplomatik hədiyyələr, Hereke tekstili, Beykoz şüşəsi, Yıldız çiniləri, medal və bəzək əşyaları, möhür və sikkələr , xəzinə kolleksiyasından seçimlər yer alıb.
Atatürkün istifadə etdiyi oturacaq dəsti, yazı masası və şəxsi əşyalar, Osmanlı sultanlarına təqdim edilən xüsusi hədiyyələr və albomlar, Sarayda istifadə edilən yemək qabları ilə birlikdə süfrə dəsti muzeyin diqqət çəkən əsərlərindəndir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...