22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Andrey Yatskin: Ümid edirəm ki, bugünkü görüş Xəzərin müdafiəsi üçün konkret tədbirlər hazırlamağa imkan verəcək

16-11-2024
IMG

COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilir. Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin üzvü olaraq bu genişmiqyaslı tədbirin keçirilməsində azərbaycanlı dostlarımıza dəstək olmağımızdan məmnunam.

Fhnews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Parlament Görüşündə iştirak edən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin deyib. Tədbirin əhəmiyyətini vurğulayan sədr müavini qeyd edib ki, parlamentlərin iqlim müdafiəsi üçün səsi daha çox çıxmalıdır. Çünki parlamentlər xalqın fikrini ifadə edir: "Burada ilk görüş çərçivəsində iqlim dəyişmələrindən qorunma tədbirlərinin hazırlanması, həmçinin su obyektlərinin qorunması ilə bağlı bir sıra konkret təkliflər təqdim olunub. Bilirsiniz ki, ölkəmiz Azərbaycan ilə birlikdə prezidentlərin tapşırığı ilə Xəzərin qorunması üzrə tədqiqatlar və tədbirlər həyata keçirir. Ümid edirəm ki, bugünkü görüş Xəzər dənizinin müdafiəsi üçün konkret tədbirlər hazırlamağa imkan verəcək".

Paylaş: