22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ANAMA Satınalmalar və müqavilələrin icrasına nəzarət şöbəsinin mütəxəssisi vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir

12-03-2024

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Aparatın Satınalmalar və müqavilələrin icrasına nəzarət şöbəsinin mütəxəssisi vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

Fhnews.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, vəzifənin tutulması şərtləri bunlardır: Təhsili - Ali; İxtisası - Maliyyə, iqtisadiyyat və idarəetmə, mühasibat uçotu və audit; İş stajı - Müvafiq sahə üzrə azı 1 il; Nəzəri bilikləri - “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu və dövlət satınalmalarına dair digər normativ hüquqi aktlar; Kompüter və proqram təminatı üzrə bilikləri - MS Windows, MS Office (Word, Excel, Power Point), dövlət satınalmalarının vahid internet portalı, internet (yüksək səviyyədə); Xarici dil bilikləri - Ingilis dili (yüksək səviyyədə) və rus dili (orta səviyyədə).

Çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub. Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri [email protected] ünvanına göndərməlidir.

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

∙ şəxsiyyət vəsiqəsinin surəti;

∙ təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

∙ əmək kitabçasının surəti.

Sənəd qəbulu cari il 10 aprelin 10-dək həyata keçiriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

Paylaş: