22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ANAMA-nın rəhbəri: Azərbaycanda mina qurbanlarının ümumi sayı 3 429 nəfərdir

04-04-2024

“Ümumilikdə, Azərbaycanda mina qurbanlarının sayı 3 429 nəfər təşkil edir”.

Fhnews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Agentlik tərəfindən aprelin 4-də keçirilən mətbuat konfransında çıxışı zamanı söyləyib.

V.Süleymanov bildirib ki, mina qurbanlarından 595 nəfəri həyatını itirib. 3 429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci il noyabrın 10-dan bu günədək 350 nəfər mina partlayışının qurbanı olub. 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb.

Paylaş: