ANAMA: Minaaxtaran daha 6 it minatəmizləmə əməliyyatlarına cəlb olunacaq
İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.
ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanan Anlaşma Memorandumuna əsasən Malinua cinsli xüsusi təlim keçən minaaxtaran daha 6 it (MAİ) agentliyə təhvil verilib.
Humanitar minatəmizləmə fəaliyyətində səmərəli üsullardan biri hesab olunan minaaxtaran itlərin dəstəyindən texniki tədqiqat və minatəmizləmə əməliyyatlarında istifadə edilir.
Xüsusi hazırlıq keçən minaaxtaran itlər öz bələdçiləri ilə uyğunlaşma təlimindən və Beynəlxalq Minatəmizləmə Standartlarına (İMAS) uyğun akkreditasiyadan keçirildikdən sonra işğaldan azad edilən ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
Minaaxtaran itlərin ölkəyə gətirilməsi “Silk Way West Airlines” şirkəti tərəfindən təmənnasız olaraq həyata keçirilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...