ANAMA: Azad edilmiş ərazilərdə 1 milyon 167 hektara yaxın təhlükəli sahə var
Bizim ilkin qiymətləndirməmizə görə, işğaldan azad edilmiş ərazilərdə hazırda 1 milyon 167 hektara yaxın təhlükəli sahə var.
Fhnews.az xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin oktyabrın 16-da keçirilən iclasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib.
“İşğaldan azad edilmiş ərazilərdə elə bir yer yoxdur ki, minatəmizləyənlər orada mina olmadığını və çirklənmədiyini əminliklə söyləsinlər. Bu günə qədər 166 min hektarda, ümumi ərazilərin 14,2 faizində təmizləmə aparılıb. Dörd il əldə olunan bu faiz göstəricisi prosesin hələ çox davam edəcəyini deməyə əsas verir. “Minatəmizləmə fəaliyyəti haqqında” Qanunun yaranması zərurətindən biri də budur. Hər bir dövlət beynəlxalq standartlara uyğun olaraq özünün daxili sənədlərini hazırlamalıdır. Qanun layihəsi hazırlanarkən yığılmış bütün təcrübələrdən - beynəlxalq təşkilatların tövsiyələrindən və mina problemi ilə rastlaşmış ölkələrin təcrübəsindən istifadə edilib”, - deyə Bəhruz Məmmədov vurğulayıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...