Analitik Ekspertiza Mərkəzi dərman idxalı ilə məşğul olan şirkətlərə müraciət edib
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Azərbaycanda fəaliyyət göstərən dərman idxalı ilə məşğul olan şirkətlərə müraciət edib.
Fhnews.az həmin müraciəti təqdim edir: “Prezident İlham Əliyevin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısına əsasən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıqların dövriyyəsinə Daxili İşlər Nazirliyinin xüsusi icazəsi ilə yol verilir.
Odur ki, güclü təsir edən və ya zəhərli maddələrin idxalı zamanı Mərkəzə təqdim edilməli olan sənədlərin sırasında Daxili İşlər Nazirliyi tərəfindən verilən xüsusi icazənin olması mütləqdir”.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...