Əminə Ərdoğan: COP29 iqlim dəyişikliyi ilə mübarizədə ortaq gələcəyimizə ümid yaradır
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlim dəyişikliyi ilə mübarizədə ortaq gələcək qurmaq üçün ümid yaradır.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın Bakıda keçirilən COP29 sessiyası ilə bağlı növbəti paylaşımında deyilir.
Əminə Ərdoğan gənclərin ətraf mühitə həssas münasibətindən səmimi məmnunluğunu ifadə edib, həmçinin Azərbaycanın ekoloji məsələlərdə uzaqgörən liderliyini alqışlayıb.
O yazıb: “Mən Azərbaycan Prezidenti İlham Əliyevə və onun əziz xanımı Mehriban Əliyevaya səmimi qonaqpərvərliyə görə təşəkkür etmək istərdim”.
Paylaşımda Türkiyə Prezidenti və xanımının Bakıda keçirilən COP29 sessiyasında iştirakını əks etdirən kadrlar da yer alıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...