Amerika prezidenti “Helene” qasırğasının vurduğu ərazilərə baş çəkib
ABŞ prezidenti Co Bayden “Helene” qasırğasından ən çox zərər çəkən Şimali Karolina və Cənubi Karolina ştatlarına səfər edib və regionların ən qısa zamanda bərpa olunacağına söz verib.
70-dən çox insanın həyatını itirdiyi Cənubi və Şimali Karolinada vəziyyətə nəzarət edən Bayden qasırğanın vurduğu yerlərdə bütün federal və əyalət qüvvələrinin işini qiymətləndirib.
Dərhal 1000 əsgərin bölgəyə göndərilməsi əmrini verdiyini və büdcədən lazım olan bütün dəstəyin tez bir zamanda köçürüləcəyini vurğulayan Bayden təbii fəlakətdən zərər çəkmiş bölgələri ən qısa zamanda bərpa edəcəyinə söz verib.
Bu gün isə ABŞ prezidenti qasırğadan zərər çəkmiş Corciya və Florida ştatlarına səfər edəcək.
ABŞ Milli Qasırğa Mərkəzi elan edib ki, “Helene” qasırğası Florida ştatının şimal-qərb sahillərini təxminən 225 kilometr sürətlə vurub. Qasırğa tez bir zamanda Corciya, Virciniya, Cənubi Karolina, Şimali Karolina və Tennessi ştatlarına təsir edib.
İnsanların həyatını itirdiyi qasırğanın vurduğu ilk yer olan Floridada 1,2 milyon, Corciyada 1 milyon, Cənubi Karolinada 1,3 milyon və Şimali Karolinada 600 mindən çox ev və iş yerləri zərər görüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...