AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq
AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq.
Fhnews.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında məlumat verilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 2022-ci ilin sonlarından akademiyada çoxşaxəli islahat və yeniləşmə hərəkatına start verilib: “Müasir dünyanın çağırışlarına, Azərbaycanda dövlət siyasətinin sosial-iqtisadi, mədəni-mənəvi, ideoloji prioritetlərinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində müəyyən edilmiş yeni məqsəd, fəaliyyət istiqamətləri və vəzifələrə uyğun olaraq “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması zərurəti yaranıb”.
O qeyd edib ki, hazırlanacaq sənədin başlıca hədəfi qlobal tendensiyalar nəzərə alınmaqla, ilk növbədə Azərbaycanın strateji inkişaf kursu çərçivəsində onun tərəqqisinə ciddi elmi töhfələr verməkdən ibarətdir: “Burada ictimai-humanitar elmlər - fəlsəfə, tarix, filologiya, kulturologiya, folklor, sənətşünaslıq, siyasi elmlər və digər elm sahələri arasında əlaqələr yeni səviyyəyə yüksəldilməlidir. Başlıca prinsip azərbaycançılıq və müstəqil dövlətçilik olmaqla ölkənin dayanıqlı inkişafında elmin iştirakının artırılmasından ibarət olmalıdır”.
İclasda “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi”nin hazırlanması məqsədilə müvafiq Komissiya və İşçi qrupu yaradılıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...