AMEA-da dünya elminin prioritetlərinə dair məruzə dinlənilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusu müzakirə olunub.
AMEA-dan verilən məlumata görə, məsələ ilə bağlı çıxış edən akademiyanın prezidenti akademik İsa Həbibbəyli xatırladıb ki, ötən ilin noyabr ayında AMEA-da “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd Nobel mükafatı almaq üçün keçilmiş yolun dərslərini, təcrübəsini, bu sahədə baş vermiş ziddiyyətləri, təsadüfləri Azərbaycan elmi ictimaiyyətinə çatdırmaqla ölkəmizdə Nobel mükafatına iddiaçılarda özünəinam hissini aşılamaqdan ibarət olub. Həmçinin Azərbaycan elmini, o cümlədən AMEA-da aparılan elmi-tədqiqat işlərini prioritet elmi istiqamətlərə və problemlərə doğru yönləndirmək əsas məqsədlərdən birini təşkil edib.
Akademik İsa Həbibbəyli, eyni zamanda, bu istiqamətdə görülmüş işlərin davamı olaraq AMEA-da Nobel mükafatı laureatları Əziz Səncər və Məhəmməd Yunusla görüşlərin keçirildiyini söyləyib.
Sonra AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyevin “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda məruzəsi dinlənilib.
Akademik məruzəsində Nobel mükafatına layiq görülmüş alimlərin hər birinin tədqiqatı barədə geniş məlumat verib. O, məruzəsinin sonunda Nobel mükafatına layiq görülən işlərin əhəmiyyətini nəzərə alaraq, mövcud tədqiqat planlarında və gələcək plan işlərində müvafiq elmi istiqamətlərin prioritetliyinin nəzərə alınmasının, müvafiq elmi istiqamətlər üzrə seminarların, dəyirmi masaların keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Sonra akademiklər Arif Həşimov, Rasim Əliquliyev və İradə Hüseynova rəhbərlik etdikləri elmi-tədqiqat institutlarında Nobel mükafatına layiq görülmüş elmi istiqamətlərə dair aparılan tədqiqatlar barədə məlumat veriblər.
Akademik İsa Həbibbəyli Nobel mükafatına gedən yolda mifləri qırmaq üçün bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...