Amazonda rekord quraqlığın əsas səbəbi iqlim dəyişikliyidir
Hava Hadisələrinin Öyrənilməsi Mərkəzindən (“World Weather Attribution” (WWA) olan beynəlxalq alimlər qrupunun qənaətinə görə, iqlim dəyişikliyi 2023-cü ildə Braziliyanın Amazon regionunda rekord quraqlığın əsas səbəbidir.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, təşkilatın saytında yerləşdirilən hesabatda insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişmələrinin temperaturun artmasına və yağıntıların azalmasına gətirib çıxardığı deyilir. Bu vəziyyət havaya yeganə təsiri El-Ninyo fenomeninin göstərəcəyi hal ilə müqayisədə misli görünməmiş quraqlıq ehtimalını 30 dəfə üstələyib.
Braziliya, Böyük Britaniya, Niderland və ABŞ-dan olan meteoroloqlar iqlim müşahidələrinin müasir məlumatları ilə sənayeyəqədərki dövrdə alınan məlumatları tutuşduraraq, WWA-nın hesabatı üzərində işləyiblər.
2023-cü ilin martından bəri Braziliya Amazonu misilsiz quraqlıq yaşayır və bu quraqlıq çayların dayazlaşması, meşə yanğınları və heyvanların sayının kütləvi şəkildə azalması ilə müşayiət olunur.
Hələ 2020-ci ildə alimlər Amazon cəngəlliklərini quraqlığın gözlədiyini bəyan etmişdilər. Amazon meşələri ərazisinin 35 faizinin qırılmaqla məhv olacağı əsaslandırılıb. Hazırda cəngəlliklərin 20 faizinin qırıldığı məlumdur. Bu ərazi 5 milyon kvadrat kilometrə bərabərdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...