Amazon meşələrinin yarısı 2050-ci ilə qədər yox ola bilər
Daily Mail” qəzetinin məlumatına görə, elm adamları yeni araşdırmada Amazon meşələrinin təxminən yarısının 2050-ci ilə qədər yox olmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər.
Amazonların 38 %-nin ağacların kəsilməsi, yanğınlar və həddindən artıq quraqlıq səbəbiylə deqradasiyaya uğradığını bildirən elm adamları 2050-ci ilə qədər tropik meşələrin 10-47 %-nin məhv ola biləcəyini düşünürlər.
Rütubət səviyyəsi bu cür düşməyə davam edərsə, Amazonun quraq əraziyə çevriləcəyi proqnozlaşdırılır.
Ekosistemi əsasən yağışdan asılı olan Amazon meşələri dünyadakı oksigenin böyük hissəsini istehsal etdikləri üçün “dünyanın ağciyərləri” olaraq xarakterizə edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...