22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Amazon meşələrindəki çaylarda son 74 ilin ən ciddi azsululuğu müşahidə olunur

27-10-2024
IMG

Amazon tropik meşələrindəki çaylar son 74 ilin ən quraq dövrünü yaşayır.

Fhnews.az xəbər verir ki, bu barədə Braziliyanın Milli Fəlakətlərin Monitorinqi Agentliyi məlumat yayıb. Bildirilib ki, yağış mövsümündə belə sözügedən çaylar lazımi qədər qidalana bilmir. Yağışın miqdarı orta səviyyədən xeyli aşağıdır. Bu da Cənubi Amerikada meşə yanğınlarının artmasına gətirib çıxarır.

Tədqiqatçılar bunu iqlim dəyişikliyinin əsas amillərdən olduğunu vurğulayırlar. Ötən ay dünyanın ən bolsulu çayı olan Amazonun əsas qolu - Rio Neqroda suyun səviyyəsi 12,66 metr səviyyəsində olub. Bu, indiyə qədər qeydə alınan ən aşağı göstəricidir. Alimlər hesab edirlər ki, Amazon bölgəsi 2026-cı ilə qədər rütubət səviyyəsini tam bərpa edə bilməyəcək.

Paylaş: