22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Amazon meşələrində bitki örtüyü ilə örtülmüş nəhəng qədim şəhər tapılıb

12-01-2024

BBC-nin məlumatına görə, Ekvadorun cənubundakı Amazon meşəsindəki Upano bölgəsində böyük qədim şəhər aşkar edilib.

Amazonda qədim yaşayış məskənlərinin kiçik olduğunu və insanların köçəri həyat sürdüyünü düşünən alimlər bu qədim şəhərdəki evlərin və açıq səma altında ərazilərin bir-birinə heyrət doğuran yollar və kanallar şəbəkəsi ilə bağlı olduğunu müəyyən ediblər.

Tədqiqat qrupunun rəhbəri, Fransa Milli Elm Tədqiqat Mərkəzinin professoru Stiven Rostain  "Bu, Amazonda bildiyimiz hər hansı digər qədim yerdən daha qədimdir. Bizim sivilizasiyaya avrosentrik baxışımız var, lakin bu kəşf mədəniyyət və sivilizasiya haqqında düşüncələrimizin dəyişməli olduğunu göstərir" – deyə bildirib.

Arxeoloqlar 2500 il əvvəl qurulan şəhərdə insanların 1000 il yaşadığını təxmin edirlər. Tədqiqatda havadan lazer aşkarlama üsullarından da istifadə edilib.

Arxeoloqlar təxminən 300 kvadrat kilometr ərazidə qazıntı işləri aparmaqla yanaşı, sıx bitki və ağacların altındakı qədim şəhərləri havadan təsbit edə bilən lazer texnologiyasından da istifadə ediblər.

Bu texnologiya ilə ev və mərasim sahəsi kimi istifadə ediləcəyi düşünülən 6 min düzbucaqlı platforma müəyyən edilib.

Paylaş: