22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Əmək müqavilələrinin sayı 1 milyon 816 minə çatıb

10-02-2024

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması sahəsində görülən kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım dinamikası davam edir.

Fhnews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2024-cü ilin yanvar ayında ölkəmizdə əmək müqavilələrinin sayı 7,2 min müqavilə və ya 0,4 faiz artaraq 1 milyon 816 min olub.

Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Bu ilin ilk ayında əməkhaqqı fondunda daha 0,9 faiz artım qeydə alınıb.

Ümumilikdə 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.

Paylaş: