Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər
APOE4 geninin iki nüsxəsini daşıyan insanlar faktiki olaraq daha erkən yaşlarda Alzheimer və üz simptomlarının inkişafına məruz qalırlar.
Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Nature Medicine” jurnalında dərc olunan materialda yeni təsnifatın Alzheimerin tədqiqatını, diaqnozunu və müalicəyə yanaşmalarını dəyişə biləcəyi qeyd olunub.
Viskonsin Universitetinin Alzheimer Xəstəlikləri Tədqiqat Mərkəzinin rəhbəri Sterlinq Conson brifinqdə jurnalistlərə bildirib: “Biz bu məlumatlar vasitəsilə deyirik ki, bəlkə də APOE4 xəstəliyin genetik formasıdır və sadəcə bir risk faktorunun göstəricisi deyil”.
Alimlər artıq otuz ildir ki, APOE4 gen variantının iki nüsxəsini daşıyan insanların APOE3 kimi tanınan APOE geninin ən çox yayılmış versiyasına sahib olan pasiyentlərlə müqayisədə xəstəliyin inkişaf riskinin əhəmiyyətli dərəcədə yüksək olduğunu bilirlər. Qlobal miqyasda əhalinin təxminən 2-3 faizi və ya Alzheimer xəstələrinin 15 faizi APOE4 variantının iki nüsxəsinə malikdir.
Tədqiqatçılar müəyyən ediblər ki, 65 yaşına qədər iki nüsxə APOE4- mailk olan insanların ən azı 95 faizində onurğa mayelərində beta amiloid adlı Alzheimer ilə əlaqəli zülalın anormal səviyyələri, həmin xəstələrin 75 faizində isə amiloid üçün müsbət beyin skanları var. Tədqiqatdakı demək olar ki, bütün APOE4 homozigotlarında 65 yaşında risk variantını daşımayan insanlardan daha yüksək səviyyədə amiloid olub.
Araşdırmalar APOE4 homozigotlarının genetik xəstəliyə çevrilməsi üçün üç əsas meyarlara cavab verdiyini göstərir: bu iki varianta malik olan hər kəs Alzheimer biologiyasına malikdir, onlar simptomları təxminən eyni sürətlə inkişaf etdirirlər və klinik-bioloji dəyişikliklər proqnozlaşdırıla bilən ardıcıllıqla baş verir.
Alzheimer üzrə tədqiqatçı Heter Snayder tədqiqatın nəticələrinin xəstəlik riskinin qiymətləndirilməsi, klinik sınaqlarda öyrənilməsi və müalicələrin inkişaf etdirilməsi proseslərinə əhəmiyyətli təsir göstərə biləcəyini söyləyib.
Tədqiqatın əsas məhdudiyyətli cəhəti ondan ibarətdir ki, burada əsasən Avropa mənşəli insanlar iştirak edib. Komanda APOE4-ün Alzheimer xəstəliyi riskinin daha az olduğunu göstərən Afrika mənşəli insanlarda daha çox araşdırmaya ehtiyac olduğunu bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...