22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Almaz tozunu atmosferə səpməklə qlobal istiləşməni azaltmaq olar

20-10-2024
IMG

Alimlər müəyyən ediblər ki, atmosferin stratosfer təbəqəsinə hər il 5 milyon ton almaz tozu səpməklə Yerin temperaturunu 1,6 dərəcə aşağı sala və qlobal istiləşmənin təsirləri azala bilər.

“Science.org” xəbər verir ki, tədqiqatçılar keçmişdə vulkanik tüstü və hissəciklərin atmosferi əhatə etdiyini və Yerin soyumasına səbəb olduğunu nəzərə alaraq stratosferə səpiləcək almaz tozunun günəş şüalarını əks etdirərək temperaturu azalda biləcəyini düşünürlər.

Qlobal istiləşmə ilə mübarizə aparmaq üçün tədqiqat aparan elm adamları okeanlarda lövbər salmaq və kosmosa güzgülər atmaq kimi geomühəndislik yolu ilə planeti soyutmaq üçün mübahisəli və hətta fantastik təkliflər irəli sürüblər.

Bu təkliflərdən biri günəşin təsirini azaltmaq üçün vulkanik qışa bənzər soyutma effekti yaratmaq üçün stratosferə aerozolların səpilməsini tələb edən “stratosferik aerozol inyeksiyası” kimi tanınan günəş geomühəndisliyi üsuludur.

Tarix boyu vulkan püskürmələri nəticəsində milyonlarla ton kükürd qazı stratosferə atılmış, sulfat aerozolları su buxarı və digər qazlarla reaksiya verərək günəş işığını kosmosa geri qaytararaq vulkanik qışlar yaratmışdır. Filippinin Luzon adasındakı Pinatubo dağının sonuncu dəfə 1991-ci ildə püskürməsi Yerin bir neçə il ərzində 0,5 dərəcə soyumasına səbəb olmuşdu. 

Buna əsaslanaraq elm adamları atmosferə sulfat aerozollarının səpilməsini nəzərdən keçiriblər. Lakin müəyyən edilmişdir ki, süni kükürd inyeksiyaları sonradan sulfat turşusu yağışına səbəb ola bilər, ozon təbəqəsini məhv edə bilər, atmosferin aşağı hissələrində hava və iqlim sxemlərini poza bilər.

İsveçrədəki  Sürix Universitetində iqlim üzrə alimlər  kükürd dioksidinə alternativ ola biləcək digər maddələri araşdırıblar.

Komanda atmosferdə daha uzun müddət qala bilən, bir yerə yığılmayan və istiliyi tutmayan və daimi soyutma effekti üçün şüaları əks etdirə bilən digər sferik hissəcikləri tapmağa çalışıb.Bu məqsədlə aerozolların kimyasını, onların atmosferdə necə hərəkət etdiyini və istiyə cavab olaraq necə davrandıqlarını özündə əks etdirən “3D iqlim modeli” yaradılmışdır.

Kükürd dioksiddən başqa əhəngdaşı, almaz və alüminiumun əsas tərkib hissəsi olan kalsitdən ibarət 7 birləşmə üzərində təcrübələr aparılmışdır.Hər bir birləşmənin təsiri 45 il ərzində qiymətləndirilib, hər sınaq superkompüterdə real vaxt rejimində bir həftə ərzində aparılıb.3D modelləşdirmə almaz tozunun Yeri 1,6 dərəcə soyuda biləcəyini ortaya qoyub.

Nəticələr göstərdi ki, almaz hissəcikləri təkcə radiasiyanı ən yaxşı əks etdirən deyil, həm də havada toplaşmadan daha uzun müddət qalır. Həmçinin almazın kükürd kimi turşu yağışına səbəb ola biləcək reaksiyalara məruz qalmayan bir komponent olduğu düşünüldüyü üçün üstünlük verilə biləcəyi qeyd edilib.

İsverçrəli alimlər daimi təsir üçün hər il stratosferə 5 milyon ton almaz tozunun atılmasının lazım olduğunu və bunun planeti 1,6 dərəcə soyuda biləcəyini deyirlər. Amma  bəzi elm adamları 2100-cü ilə qədər atmosferə almaz tozunun səpilməsinin təxminən 200 trilyon dollar, yəni kükürd dioksid variantının dəyərindən 2400 dəfə çox olacağını nəzərə alaraq, kükürd variantının daha səmərəli olacağını düşünürlər.

Paylaş: