Almaniyanın qərbində kimya zavodunda yanğın olub
Almaniyanın qərbindəki Duisburq şəhərində (Şimali Reyn-Vestfaliya federal torpağı) kimya zavodunda yanğın baş verib, təxminən 110 yanğınsöndürən alovla mübarizə aparır.
Fhnews.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, yanğın müəyyən edilməmiş səbəbdən sink sulfat istehsalı şöbəsində qeydə alınıb. Zavod avtomobil sənayesi, əczaçılıq üçün məhsulların istehsalı və tədarükü ilə məşğul olan “Grillo” konserninin mülkiyyətindədir.
Yanğın zamanı xəsarət alanların olmadığı deyilir.
DPA-nın yazdığına görə, şəhərin səması üzərində qatı tüstü dumanı var. Duisburq hakimiyyəti sakinləri qapı və pəncərələri bağlamağa: "Hazırda tüstünün sağlamlıq üçün zərərli ola biləcəyini istisna edə bilmirik".
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...