Almaniyadan Səudiyyə Ərəbistanına "Eurofighter" üçün yaşıl işıq
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Berlinin Səudiyyə Ərəbistanına “Eurofighter” qırıcı təyyarələrinin satışına qarşı çıxmayacağını bildirib. Bu barədə o, İsrailə səfəri zamanı İsrail prezidenti İsaak Hersoq və xarici işlər naziri İsrael Katz ilə görüşündə məlumat verib.
İkitərəfli danışıqlardan əvvəl Tel-Əvivdə jurnalistlərə açıqlama verən Baerbok Almaniyanın bundan sonra “Eurofighter” təyyarələrinin Səudiyyə Ərəbistanına satışını əngəlləməyəcəyini bildirib.
"Səudiyyə Ərəbistanı İsrailin təhlükəsizliyinə mühüm töhfə verir və regional münaqişə riskinin qarşısını alır" – deyə Baerbok bildirib. O, həmçinin Səudiyyə Ərəbistanı və İsrailin normallaşdırma siyasətlərindən əl çəkmədiklərini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...