22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Almaniyada qaçqınlara sosial müavinət xüsusi kartla veriləcək

31-01-2024

Almaniya federal vilayətlərin hakimiyyət orqanları miqrasiya qanunvericiliyinə dəyişikliklə bağlı razılığa gəliblər. Razılığa əsasən qaçqınlar gələcəkdə sosial müavinətləri nağd deyil, xüsusi ödəniş kartları ilə alacaqlar.

Fhnews.az Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadla xəbər verir ki, beləliklə, qaçqınların həmin vəsaiti ölkə xaricində yaşayan qohumlarına göndərmək imkanı olmayacaq.

2023-cü ildə təxminən 329 min insan qaçqın statusu almaq üçün Almaniya hökumətinə müraciət edib ki, bu da öncəki illə müqayisədə 50 faiz çoxdur. Ən çox müraciət Suriya (104 min), Türkiyə (62 min) və Əfqanıstan (53 min) vətəndaşları tərəfindən edilib. Hakimiyyət orqanları orta hesabla hər qaçqın üçün ayda təxminən 400 avro vəsait ayırır.

Qeyd edək ki, 2023-cü ilin payızında Almaniya hökuməti miqrasiya qanunlarını sərtləşdirən və ölkəni qanunsuz mühacirlər üçün daha az cəlbedici edən bir sıra tədbirləri təsdiqləyib. Bundan sonra mühacirlər standart sosial müavinət almaq üçün ölkədə əvvəlkindən 18 ay çox - 36 ay yaşamalı olacaqlar. Sığınacaq üçün müraciətlərə baxılma müddətləri azaldılacaq və müraciəti rədd edilən şəxslərin deportasiyası asanlaşdırılacaq.

Paylaş: