Almaniyada nadir və sirli yapon qılıncı tapılıb
Arxeoloqlar Berlində İkinci Dünya Müharibəsi zamanı dağıdılmış anbarın xarabalıqları arasında naməlum mənşəli 17-ci əsrə aid nadir, zəngin ornamentli yapon qılıncı tapıb. Qılınc Yaponiyanın ciddi özünütəcrid siyasəti yürütdüyü və xarici müstəmləkə və dini təsirləri dayandırmaq üçün sərhədlərini təxminən üç əsr ərzində bağlı saxladığı Edo dövrünə aiddir.
Qılınc 2022-ci ildə Berlinin İkinci Dünya Müharibəsi zamanı dağılmış Molkenmarktın zirzəmilərində aparılan qazıntılar zamanı tapılıb. Əvvəlcə Sovet parad qılıncı olduğu düşünülən silahın daha sonra 1603-1868-ci illər arasında Yaponiyanın Edo dövrünə aid qısa bir qılınc olduğu ortaya çıxıb.Qılınc sonradan Vemhoffun muzeyində mühafizə edilib.Qılıncın sapının bir tərəfi istiyə məruz qaldığı üçün ciddi zədələnmiş görünür.Bununla belə, bəzi yerlərdə qulpun taxta hissələri, parça bükməsi və dərisi hələ də toxunulmazdır.
Dəstəyin üzərində aparılan bərpa işləri xarakterik çəkic və düyü torbası ilə tanınan Yapon bəxt tanrısı Daikoku motivini üzə çıxarıb.Sonrakı bərpa işləri xrizantema və su xətti motivlərinin əridilmiş bəzəklərini aşkar edib.
Bəzəkli qılıncın rentgen analizi onun bıçağının əslində daha uzun olduğunu və sonradan qısaldıldığını üzə çıxarıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...