22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Almaniyada ictimai nəqliyyat işçilərinin növbəti tətili başlayıb

05-03-2024

Bu gün Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya federal əyalətində ictimai nəqliyyat işçilərinin növbəti xəbərdarlıq tətili başlayıb.

Fhnews.az “Welt” qəzetinə istinadla xəbər verir ki, həmkarlar ittifaqı Köln, Düsseldorf, Dortmund, Münster və Bielefeld şəhərlərində 30-a yaxın nəqliyyat şirkətinin işçilərini tətilə çağırıb. Xəbərdarlıq tətilinin iki gün - martın 5-dən 7-dək davam etməsi planlaşdırılır.

Tətil çağırışına ilk növbədə iş şəraiti ilə bağlı davam edən kollektiv danışıqlar səbəb olub.

Paylaş: