22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Almaniyada hər 5 uşaqdan 1-i yoxsulluq riski altındadır

12-09-2024
IMG

Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniyada 15 yaşdan kiçik uşaq və gənclərin 18,8 faizinin yoxsulluq həddinin altında gəliri olan ailələrdə yaşadığı açıqlanıb.

Alman Əmək Bazarı və Peşə Araşdırmaları İnstitutunun apardığı araşdırmaya əsasən, adambaşına düşən milli gəlirin 50 min dollardan çox olduğu Almaniyada 2022-ci ildə hər 5 uşaqdan biri yoxsulluq riski altında olub. 

Hesabatda xüsusilə tək valideynli ailələrdə olan uşaqların, immiqrantların, 3 və ya daha çox uşaqlı ailələrin yoxsulluq riski altında olduğuna diqqət çəkilib. 

Digər tərəfdən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına görə, ev təsərrüfatlarının orta xalis gəlirinin 60 faizindən azına sahib olan hər kəs yoxsulluq riski altında sayılır. 2 böyük və 14 yaşdan kiçik 2 uşağı olan 4 nəfərdən ibarət ailə üçün bu, 2421 avrodan az gəlirə uyğundur.

Paylaş: