Almaniyada həmkarlar ittifaqı ölkənin əsas hava limanlarında işçiləri tətilə çağırıb
Almaniya həmkarlar ittifaqı ölkənin ən böyük aviadaşıyıcısı “Lufthansa”nın heyətini fevralın 20-də yeddi hava limanında tətil etməyə çağırıb.
Fhnews.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Tətil bir gün davam edəcək və Berlin, Münxen, Frankfurt-Mayn, Düsseldorf, Hamburq, Köln, Ştutqart hava limanlarını əhatə edəcək.
Oxşar tətil fevralın əvvəlində Almaniyanın beş hava limanında baş vermişdi və buna görə yüzlərlə reys təxirə salınmışdı.
Həmkarlar ittifaqı işçilərin maaşlarının 12,5 faiz və ya ayda ən azı 500 avro artırılmasını istəyir. Ötən həftə şirkətlə aparılan danışıqlar nəticə verməmişdi.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...