22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Almaniyada daşqınların vurduğu ziyan 2 milyard avro qiymətləndirilir

08-06-2024
IMG

Almaniyanın cənubunda daşqınlar nəticəsində dəymiş ziyan 2 milyard avro qiymətləndirilir.

Fhnews.az TASS-a istinadən xəbər verir ki, bunu Berlində Almaniya Sığortaçılar Assosiasiyasının (GDV) rəhbəri Yorq Asmussen deyib.

“Bu məlumatlara yenidən baxıla bilər, çünki Dunayda suyun səviyyəsi hələ də normallaşmayıb. İndi prioritet təbii fəlakətdən zərər görənlərə mümkün qədər tez və effektiv kömək etməkdir”, - DPA agentliyi ondan sitat gətirib.

Qeyd edək ki, keçən həftə “Kvirina” siklonu Almaniyanın cənubuna leysan yağışları gətirib və bu, daşqınlara səbəb olub. Bavariya və Baden-Vürtemberqin bəzi bölgələrində sutka ərzində 1 kvadratmetrə 130 litrdən çox yağıntı düşüb. Bir neçə gündür Münxen ilə Ştutqart şəhərləri arasında dəmir yolu əlaqəsi kəsilib, Auqsburq hava limanı fəaliyyət göstərməyib. Kansler Olaf Şolts Bundestaqda çıxışı zamanı təbii fəlakət nəticəsində 6 nəfərin öldüyünü təsdiqləyib. Onun sözlərinə görə, daha 7 nəfər itkin düşmüş hesab olunur.

Paylaş: