22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Almaniyada bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı artır

01-07-2024
IMG

Almaniyada bərpaolunan enerji mənbələrindən - külək, günəş və biokütlədən elektrik enerjisi istehsalı üzrə yeni rekord qeydə alınıb. Bu, altı ay ərzində ikinci rekord göstəricidir.

Fhnews.az xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” (DW) nəşri tərəfindən dərc edilmiş “Almaniya: elektrik enerjisinin 58 faizi bərpaolunan mənbələrdən istehsal olunur” sərlövhəli məqalədə deyilir.

Bu ilin birinci yarısında bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının payı 58 faiz təşkil edib. Bu barədə nəşr Baden-Vürtemberq federal əyalətinin Günəş Enerjisi və Hidrogen üzrə Araşdırma Mərkəzinin hesablamalarına istinadla xəbər verir.

2023-cü ilin birinci yarısında bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı 52 faiz olub. Ölkə üzrə ümumi elektrik enerjisi istehlakı isə illik müqayisədə 0,3 faiz azalaraq 261 milyard kilovat-saat təşkil edib.

Almaniyanın Federal Enerji və Su Təchizatı Assosiasiyası (BDEW) qeyd edib ki, 2024-cü ilin ilk altı ayında bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi ölkənin aylıq tələbatının yarıdan çoxunu ödəyib. Bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin 58 faizi külək enerjisindən, 14 faizi fotovoltaiklərdən, 9 faizi biokütlədən, beş faizi dəniz küləyindən və bir faizi məişət tullantılarından əldə edilib.

Paylaş: