22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Almaniyada artım sürəti geriləyir

06-02-2024

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Almaniya üzrə proqnozlarını iki dəfə aşağı salıb.

Fhnews.az xəbər verir ki, İƏİT-in iqtisadçılarının ehtimalına görə, bu il Almaniya iqtisadiyyatı 0,3 faiz artacaq və bu, daha əvvəlki proqnozdan iki dəfə azdır. Hələ ötən ilin noyabrında ekspertlər 2024-cü ildə Almaniya iqtisadiyyatının 0,6 faiz artacağını fərz edirdilər.

Bu, o deməkdir ki, Almaniya digər ölkələrdən geri qalmaqda davam edir. Yenilənmiş proqnoza görə, artım yəqin ki, İspaniya və İtaliyadakından yüksək olacaq.

İƏİT-in eksperti İzabel Koske dünyanın iri iqtisadiyyatının proqnozlaşdırılan zəif göstəricilərini izah edərək vurğulayır ki, bu, əsasən enerji tutumlu sənayenin Avropa zonasının digər ölkələri ilə müqayisədə Almaniya iqtisadiyyatında böyük çəkiyə malik olması ilə bağlıdır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatları hazırda alman iqtisadiyyatında şirkətlər üçün vəziyyətin hazırda nə dərəcədə gərgin olmasından xəbər verir. Səbəblər müxtəlifdir: ixrac şirkətləri zəif dünya iqtisadiyyatından əziyyət çəkməkdə davam edirlər, bir çox şirkətlər sifarişlərin azalmasından gileylənir, büdcə böhranı isə şirkətlər və ailə təsərrüfatları üçün qeyri-müəyyənliyi gücləndirib. Ekspertlər bu vəziyyəti öz əlləri ilə yaradılmış problem adlandırırlar.

“Borc əyləci”nin fəaliyyətinin dayandırılması barədə Konstitusiya Məhkəməsinin qərarından sonra federal hökumət sərt iqtisadi siyasət kursu götürüb. Böhran 2023-cü ilin dördüncü rübündə investisiyaların azalması ilə nəticələnib və şəxsi istehlakın qarşısını alıb.

Ekspertlər alman iqtisadiyyatının ilin əvvəlində resessiya vəziyyətində qalacağını gözləyirlər. İqtisadi istehsal artıq ötən ilin son rübündə aşağı düşüb və perspektivlər qeyri-müəyyən olaraq qalmaqdadır.

Paylaş: