Almaniyada 900 illik oyma daş tapılıb
Arxeoloqlar hesab edirlər ki, daş üzərində təsvir edilən şəxs xristianlığı bölgəyə gətirən yepiskop ola bilər. Meklenburq-Vorpommern əyalətinin Klotzov kəndində evini təmir edən şəxs təsadüfən yerin bir neçə santimetr altında daşı tapıb. Arxeoloqlar təxminən 1 metr uzunluğunda olan, 12-ci əsrə aid ağır daşın bildstein adlanan tarixi əsərlərdən biri olduğunu müəyyən ediblər.
Üzərində yazılar yerinə rəsmlər olan bu daşlar müxtəlif üslub və formalarda, adətən Almaniya və Polşanın Baltikyanı sahillərindən gəlir. Bu növ bildsteinlərə ilk dəfə rast gəlindiyini bildirən arxeoloqlar fiqurda Pomeraniyada xristianlığı yaymağa çalışan Otto adlı yepiskopun təsvir edildiyini düşünürlər. Tədqiqatçılar daşın kənddəki köhnə kilsədən gəldiyini düşünürlər.
Hazırda alimlər üçölçülü modellər yaradaraq daşı daha ətraflı tədqiq etməyi planlaşdırırlar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...