Almaniyada 90 min ictimai nəqliyyat işçisi tətilə başlayıb
Almaniyada 90 minə yaxın ictimai nəqliyyat işçisi tətilə başlayıb.
Fhnews.az DPA agentliyinə istinadla xəbər verir ki, ölkənin 80 şəhərində avtobus, tramvay və metronun hərəkəti məhdudlaşdırılıb.
Tətilə “Verdi” həmkarlar ittifaqı çağırıb. Onlar 130 nəqliyyat müəssisəsinin işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edirlər. Yalnız bir federal əyalətdə - Bavariyada tətil keçirilmir. Berlində isə tətil cəmi bir neçə saat davam edəcək.
Bu, “Verdi”nin çağırışı ilə son günlər keçirilən ikinci genişmiqyaslı etiraz aksiyasıdır. Bir gün əvvəl hava limanının təhlükəsizlik işçiləri işi dayandırmış, mindən çox aviareys ləğv edilmişdi.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...