22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Almaniya vətəndaşı COVID-19-a qarşı 217 dəfə peyvənd olunub

06-03-2024

Almaniyadan olan 62 yaşlı bir kişi həkimlərin tövsiyəsinə zidd olaraq, COVID-19-a qarşı 217 dəfə peyvənd olunub.

Fhnews.az BBC telekanalına istinadla xəbər verir ki, bu qəribə hadisə barədə “The Lancet Infectious Diseases” jurnalı məlumat yayıb. Vaksinasiya ilə bağlı çəkilişlər 29 ay ərzində özəl olaraq aparılıb və jurnalın internet saytında yerləşdirilib.

Almaniyanın Erlangen-Nürnberq Universitetinin tədqiqatçıları deyirlər ki, ifrat vaksinasiya adama heç bir mənfi təsir göstərməyib. Universitetin mikrobiologiya şöbəsindən Kilian Şober bununla bağlı deyib: “Biz onun bu qədər peyvənd olunması haqqında qəzet məqalələri vasitəsilə öyrəndik. Sonra həmin şəxslə əlaqə saxladıq və onu Erlangendə müxtəlif testlərdən keçməyə dəvət etdik. O, bunu etməkdə çox maraqlı idi”.

Peyvənd üzrə rekordçu kişi təzə qan və tüpürcək nümunələrini universitetin laboratoriyasına təqdim edib. Tədqiqatçılar onun son illərdə saxlanılan bəzi dondurulmuş qan nümunələrini də sınaqdan keçiriblər. Alimlər qeyd ediblər ki, COVID vaksinləri infeksiyaya səbəb ola bilməz, ancaq bədənə xəstəliklə necə mübarizə aparmağı öyrədə bilər. Onların 62 yaşlı kişi üzərində apardıqları sınaqların nəticələri geniş nəticələr çıxarmaq üçün kifayət deyildi. Bununla yanaşı, alimlər koronavirus əleyhinə ən ideal peyvəndləmənin 3 dozadan ibarət olması fikrində həmrəy olublar.

Paylaş: