22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Almaniya Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb

04-01-2024

Almaniya Livandakı vətəndaşlarına səyahət xəbərdarlığı edib və onları ölkəni tərk etməyə çağırıb.

Fovqaladexeberler.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Livan və İsrail arasında sərhəd bölgəsində gərginləşə biləcək hərbi münaqişələr səbəbilə Almaniya vətəndaşlarına Livanı tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Açıqlamada, cari səyahət xəbərdarlıqlarının nəzərə alınması lazım olduğu və Livanı təhlükəsiz şəkildə tərk etmək istəyən Almaniya vətəndaşlarından mövcud kommersiya səyahət variantlarından istifadə etmələri istənilib.

Paylaş: