Almaniya “AVRO 2024” çərçivəsində sərhədlərində müvəqqəti yoxlamalar aparacaq
Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatında təhlükəsizliyi artırmaq üçün quru sərhədlərində müvəqqəti yoxlamalar aparacağı bildirilib.
Almaniyanın daxili işlər naziri Nensi Faeser AVRO 2024 üçün xarici təhlükələrə qarşı hazırlıq gördüklərini bildirib və əlavə edib ki, turnir zamanı potensial zorakılıq edənlərin ölkəyə girişinin qarşısını almaq üçün Almaniya sərhədlərində müvəqqəti sərhəd nəzarəti həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, Almaniya Çexiya, Hollandiya, Belçika, Lüksemburq, İsveçrə, Fransa, Avstriya, Polşa və Danimarka ilə həmsərhəddir.
Qeyd edək ki, 2024-cü il futbol üzrə Avropa çempionatı 14 iyun-14 iyul tarixlərində Almaniyada keçiriləcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...