22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Almaniya COP 16 sammitində üç əsəri Kolumbiyadakı Kogui hindularına qaytarıb

02-11-2024
IMG

Birləşmiş Millətlər Təşkilatının Bioloji Müxtəliflik Konfransı (COP16) zamanı Almaniya Kolumbiyaya üç yerli Kogui mədəni əsərini geri verib.  Almaniyanın Federal Ətraf Mühit Naziri Şteffi Lemke bu simvolik qayıdışın əhəmiyyətini vurğulayaraq əsərləri aid olduqları yerə qaytarmağın onlar üçün şərəf olduğunu bildirib. Qeyd edək ki,söhbət 20-ci əsrin əvvəllərində arxeoloq Konrad Teodor Preusun götürdüyü üç əsərdən gedir. 
Kolumbiya Rəyasət Heyətinin mətbuat bölməsindən verilən açıqlamada Berlin Etnologiya Muzeyində saxlanılan Kogui Yerlilərinə aid 3 parçanın milli hökumətin tələbi ilə ölkəyə gətirildiyi bildirilib.

Kolumbiya Antropologiya və Tarix İnstitutunun  direktoru Alhena Caicedo Fernandez əsərlərin ölkəyə çatdırılmasından məmnunluğunu ifadə edərək, etnik və mədəni dəyərlərin qorunub saxlanması istiqamətində fəaliyyətini davam etdirəcəklərini vurğulayıb. Almaniyanın ətraf mühit naziri Lemke də əsərlərin aid olduğu yerə çatdırılmasının onlar üçün şərəf olduğunu bildirib.

Kogui xalqına qaytarılan əşyaların çubuq, qamış kürək çantası və səbətdən ibarət olduğu açıqlanıb.

Məlumat üçün qeyd edək ki, Kogui hinduları Kolumbiyanın şimalındakı dağlıq bölgə olan Sierra Nevadada yaşayırlar.

Paylaş: