Alina Averçenkova: Bəzi milli iqlim qanunları icra olunmur
Biz dünyanın bütün iqlim qanunlarını və siyasətlərini tədqiq edirik. İndiyədək iki mindən çox milli qanunu tədqiq edib nəticələrini saytımızda yerləşdirmişik. Bəzi milli iqlim qanunları icra olunmur. Sadəcə iddialı hədəflər qoymaq kifayət deyil, mexanizmlər qurulmalıdır. Ölkələr həm daxildə, həm də beynəlxalq cəmiyyətdə tam şəkildə şəffaflıq göstərməlidirlər.
Fhnews.az xəbər verir ki, bunu London İqtisadiyyat Məktəbinin İqlim Dəyişikliyi və Ətraf Mühit üzrə Qrantham Tədqiqat İnstitutunun İdarəetmə və Qanunvericilik üzrə rəhbər siyasət işçisi və rəhbəri Alina Averçenkova noyabrın 16-da Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşündə keçirilən sessiyada çıxışı zamanı deyib.
“Milli hədəflərin icrasında, ilk növbədə, iqlim qanunları həqiqətən də fərq yaradır. Burada konkret qanunlar, aralıq və uzunmüddətli hədəflər müəyyən olunmalıdır. Mexanizmlər müəyyənləşdirilməli, həmçinin müstəqil ekspert qurumları tərəfindən qiymətləndirilməli, maraqlı tərəflər cəlb edilməlidir”, - deyə Alina Averçenkova qeyd edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...