22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Alimlər yaşlı insanlarda yıxılma riskini azaltmaq üçün sadə vasitə düşünüblər

18-01-2024

Alimlər yaşlı insanlarda yıxılma riskini azaltmaq üçün sadə və xoşagələn vasitə işləyib hazırlayıblar. Xüsusi xalça üzərində müvazinət məşqləri üçün videooyunlar yaşlı insanlarda yıxılmaların sayını 26 faiz azaldır.

Fhnews.az xarici ölkə KİV-lərinə istinadla xəbər verir ki, “Nature Medicine” jurnalında dərc olunan tədqiqatın nəticələri bunu sübut edir.

Müxtəlif alimlərin bundan əvvəlki araşdırmaları göstərib ki, tarazlıq məşqi üçün müntəzəm təmrinlər yaşlı insanlarda yıxılma riskini aşağı salır. Lakin bu tapşırıqları kifayət qədər tez-tez və uzun müddət yerinə yetirməyə özünü məcbur etmək bir çox insanlar üçün çətindir. Alimlər yeni tədqiqatda bu problemi məşqlərə oyun elementlərinin əlavə olunması - geymifikasiyanın köməyi ilə həll etməyi təklif ediblər. Onlar televizor ekranına qoşula bilən oyun xalçası işləyib hazırlayıblar. Yaşlı insan oyun zamanı ekrandakı təlimata əməl edərək xalça üzərindəki müxtəlif düymələri ayağı ilə basmalıdır. Təlimatı düzgün yerinə yetirməsinə görə o, xallar qazanır. Alimlər vurğulayırlar ki, öz rekordunu yeniləmək istəyi insanın məşqləri davam etdirməsinə səbəb olur.

Eksperimentdə yaşı 65-dən yuxarı 769 nəfər iştirak edib. Onların yarısından alimlərin işləyib hazırladıqları oyunu həftədə cəmi 120 dəqiqə oynamaq tələb olunub. İkinci hissədə onlara yıxılmanın profilaktikası üzrə tövsiyələrin olduğu buklet təqdim ediblər. Bir ildən sonra müəlliflər məşq edən qrupdakılar və adi həyat tərzi keçirən insanlar arasında yıxılmaların tezliyini dəyərləndiriblər. Fərq 26 faiz təşkil edib: birinci qrupda yıxılmalar təxminən onların üçdəbirində, ikinci qrupda isə yarısında baş verib.

İl ərzində yıxılmaların sayı yaşı 65-dən yuxarı olan insanların arasında olanların üçdəbirini təşkil edir. Bu, həyat və sağlamlıq üçün təhlükəli ola bilər. Yıxılmanın ən ağır fəsadlarından biri omba sınığıdır ki, bu da ölüm halları və həyat tərzində sərbəstliyin itirilməsi kimi böyük risklə bağlıdır.

Paylaş: