Alimlər uzun yaşamağın sirrini araşdırıblar
Alimlər uzun yaşamağın sirrini araşdırıblar. Belə ki, Edith Covan Universitetinin tədqiqatçıları elmi araşdırmasında yeni insanlarla tanışlıq, təbiətlə təmasda olmaq, gəzmək və sağlam qidalar qəbul etmək kimi halların qocalma prosesini ləngitdiyini müəyyənləşdiriblər.
Fhnews.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, alimlər turizmlə əlaqəli bu təcrübələrin gənc qalmağa kömək etdiyini bildiriblər.
Araşdırmanın aparıcı müəlliflərindən biri olan Fangli Hu qeyd edib ki, turizm yalnız istirahət və əyləncədən ibarət deyil, həm də şəxsi və sosial sağlamlıqda mühüm rol oynayır: “Meşələr və ya çimərliklər kimi gözəl mühitlər fiziki fəaliyyəti artırır, stressi azaldır və psixi sağlamlığımıza töhfə verir. Digər turistlər, yerli sakinlər və hətta heyvanlarla təmas bizim əhval-ruhiyyəmizə və idrak qabiliyyətimizə xeyir verir. Səyahət həm də sağlam qidalanmağa səbəb olur”.
“JAMA Network Open” elmi jurnalında dərc olunan yeni məqalədə 25 illik tədqiqatın nəticələri açıqlanıb. Sağlam pəhrizə riayət edən 25 mindən çox qadının ölüm riskinin yüzdə 23-ə qədər azaldığı müşahidə edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...