Alimlər superbakteriya ilə bağlı xəbərdarlıq edirlər
Antibiotiklərə davamlı bakteriyalar (superbakteriya) növbəti 25 il ərzində 39 milyondan çox insanın həyatına son qoya bilər.
Fhnews.az xəbər verir ki, bu barədə beynəlxalq alimlər qrupunun Lancet tibb jurnalında dərc olunan araşdırmasında deyilir. Onların proqnozuna görə, 2050-ci ilə qədər dünyada hər il superbakteriyalardan 1,91 milyon, həmin bakteriyalarla əlaqəli xəstəliklərdən isə isə 8,22 milyon ölüm halı baş verəcək.
Alimlər ən çox ölüm sayının Cənub və Şərqi Asiyada, həmçinin Okeaniya və Afrikada olaçağını proqnozlaşdırırlar.
Antibiotiklərin reaksiya vermədiyi bakterial patogenlər rezistent və ya superbakteriya adlandırılır. ÜST-nin statistikasına görə, əlaqəli infeksiyalar ürək xəstəlikləri və insultdan sonra dünyada üçüncü əsas ölüm səbəbidir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...