22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Alimlər Solomon adalarında dünyanın ən böyük mərcanını aşkar ediblər

14-11-2024
IMG

Sakit Okeanın cənub-qərbində yerləşən Solomon adalarında 300 ildən çox yaşı olduğu güman edilən nəhəng mərcan tapılıb. “National Geographic” heyəti tərəfindən tapılan bu meqa mərcan 34 metr eni, 32 metr uzunluğu və 5,5 metr hündürlüyü ilə ölçü baxımından dünya rekordunu qırır. 

Dünyanın ən böyük mərcanını iqlim dəyişikliyindən necə təsirləndiyini görmək üçün Sakit okeanın ucqar hissələrini ziyarət edən “National Geographic” gəmisində işləyən operator tapıb. National Geographic komandasından Manu San Feliks "Xəritədə gəminin qəzaya uğradığı kimi göstərilən yerə daldım və sonra bir şey gördüm" dedi. Tədqiqat ekspedisiyasının mərcan alimi Erik Braun mərcanların sağlamlığının olduqca yaxşı göründüyünü bildirib.

Alimlər mərcanı suyun altında xüsusi vasitə ilə ölçüblər. Kəşf BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransının (COP29) Bakıda keçirilməsi ilə eyni vaxtda elan edilib. Zirvədə çıxış edən Solomon Adaları İqlim naziri Trevor Manemahaqa kəşf edilən mərcanın əhəmiyyətini vurğulayaraq "Dünyanın buranın xüsusi bir yer olduğunu bilməsini istəyirik"-deyib.

Paylaş: