Alimlər Qütb Ulduzunda ləkələrin olduğunu aşkar ediblər.
Şimal qütbünün demək olar ki, birbaşa yuxarısında yerləşən Qütb Ulduzu əslində üç ulduzdan ibarət sistemdir. Bunlardan ən parlaqı olan Polaris Sefeid dəyişənləri adlı bir sinifdədir. Bu ulduzların impulsları müəyyən fasilələrlə dəyişir və onların böyüməsinə və kiçilməsinə səbəb olur. Nəticədə onların parlaqlığı da dəyişir, Polarisin parlaqlığı 4 günlük dövrədə artır və azalır.
Astronomlar ulduzun impulslarının dövrəsini aşkar edərək və onu həmin vaxt Yerdən görünən parlaqlığı ilə müqayisə edərək onun məsafəsini hesablaya bilərlər. Parlaq ulduzların impulsu daha yavaşdır. Elm adamları bu məlumatlara əsaslanaraq, Sefeid ulduzlarının olduqları qalaktikalara olan məsafəsini də hesablaya bilərlər. Beləliklə, onlar kainatın genişlənmə sürəti haqqında təsəvvür əldə edə bilərlər.
“Astrophysical Journal”da dərc olunan araşdırmanı həyata keçirən alimlər üçlü sistemdə olan və hər 30 ildən bir Polaris ətrafında dövrünü tamamlayan ulduzun orbitinin xəritəsini çəkməyi hədəfləyib.
Harvard-Smithsonian Astrofizika Mərkəzindən Nensi Evansın rəhbərlik etdiyi astronomlar ABŞ-nın Kaliforniya ştatındakı Yüksək Bucaqlı Astronomiya Mərkəzində teleskoplardan istifadə edərək Polarisi tədqiq ediblər.
Alimlər ulduzun ətrafında fırlanan zaman yanındakı ulduzun orbitini müvəffəqiyyətlə izləyib və Polarisin impulslarına nisbətdə ölçüsünün dəyişməsini hesablayıb. Ancaq kütləsi Günəşinkindən təxminən 5 dəfə, diametri 46 dəfə böyük olan ulduzla bağlı ən təəccüblü tapıntı onun səthində gizlədilib.
MIRC-X kamerası ilə Polarisi təfərrüatlı şəkildə araşdırma fürsəti tapan elm adamları ilk dəfə olaraq Sefeid dəyişən ulduzun səthinin necə göründüyünü açıqlayıblar. Polarisin səthində böyük ləkələr olub. Tədqiqatçılar bu ləkələrin ulduzun fırlanmasındakı dəyişikliklərlə əlaqəli ola biləcəyini düşünürlər, amma bu barədə qəti bir şey söyləmək hələ tezdir.Astronomlar Polarisi tədqiq etməyə davam etməklə bu ləkələrin arxasındakı prosesi aydınlaşdırmağa ümid edirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...