Alimlər: Neolit dövründə əhalinin əksəriyyəti vəba xəstəliyindən ölüb
“Qara ölüm” kimi tanınan bədnam vəba epidemiyası bəşər tarixində ən epik kütləvi tələfat hadisələrindən biri olub və XIV əsrdə Avropa əhalisinin üçdəbirini məhv edib. Ancaq Danimarka və İsveçdən olan bir qrup tədqiqatçı tərəfindən yenicə dərc olunan elmi tədqiqatın nəticələri doğrudursa, qara vəbanın kütləvi ölümlərə səbəb olmasının tarixçəsi daha qədimdir.
Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, Danimarkanın Kopenhagen Universiteti və İsveçin Höteborq Universitetinin genetika mütəxəssisləri təxminən 5000 il əvvəl Skandinaviyada basdırılmış skeletlərdən bərpa edilmiş DNT nümunələrinin analizinə əsaslanaraq müəyyən ediblər ki, vəba o dövrdə də bu bölgədə geniş yayılıb. Belə ki, Avropanın şimal-qərbində 5300-4900-cü illər arasında Neolit dövrü əhalisinin kütləvi qırılması baş verib və yeni araşdırmada iştirak edən tədqiqatçılar bunun izahını tapıblar.
Digər alimlər Neolit dövründə əhalinin sürətlə azalmasında infeksion xəstəliyin rol oynaya biləcəyini irəli sürsələr də, bu nəzəriyyəni dəstəkləmək üçün ilk dəfə real dəlillər təqdim edilir. Danimarka və İsveçdən olan genetika tədqiqatçıları Skandinaviya ərazisində eramızdan əvvəl 3000-ci ildə yaşamış 108 fərddən DNT məlumatlarını toplayıblar. Bu insanların əksəriyyəti İsveçin müxtəlif yerlərində tapılan meqalitik qəbirlərdə dəfn edilib, lakin bəziləri Danimarkanın Stevns bölgəsi yaxınlığında qazılmış daş sipər məzardan tapılıb.
Alimlər sümüklərdən və dişlərdən çıxarılan genetik materialın təhlili zamanı insanların əcdadları, sosial quruluşları və müəyyən növ, o cümlədən vəba ilə əlaqəli patogenlərə məruz qalmaları haqqında məlumat tapa biliblər.
“Yersinia pestis” kimi tanınan bakteriya insanlarda vəba xəstəliyinə səbəb olan agentdir və onların nəşində uzunmüddətli izlər qoya bilər. Yeni araşdırmada bu bakteriyanın qalıqları bir çox fərdlərin DNT nümunələrində aşkar edilib və vəba epidemiyalarının həqiqətən də qədim Skandinaviyada baş verdiyi versiyası öz təsdiqini tapıb.
Vəbanın müəyyən bir məkan və zaman çərçivəsində məhdudlaşmadığı faktı xüsusilə əhəmiyyətli idi, çünki bu, onun təkrarlandığı, landşaftda sərbəst yayıldığı və Neolit dövrü əkinçilərinin altı nəslini əhatə edən çox sayda insanın ölümünə səbəb olduğu versiyasını təsdiq edir.
Əslində, tədqiqatçılar bildirirlər ki, 17 faizlik yoluxma nisbəti çox aşağıdır. Tədqiqatlarda istifadə edilən DNT nümunələrinin olduğu skelet qalıqları qəbirlərdə qeyri-adi dərəcədə yaxşı qorunub saxlanılıb və ola bilsin ki, həmin şəxslərin əksəriyyəti vəbaya yoluxsa da, sağ qalıb. Ancaq xəstəlikdən ölən vəba qurbanlarının əksəriyyətinin 5 min əvvələ aid olan sümüklərinin də çürüməsi bu ölümcül xəstəliyin yoluxma miqyası haqqında tam mənzərə yaratmağa imkan vermir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...