Alimlər milçəklərin genetik modifikasiyasına hazırlaşır
Milçəklər artıq tullantıların idarə edilməsində kommersiya məqsədləri üçün istifadə olunur. Qida kimi üzvi tullantılarla qidalanan bu milçəklərin sürfələri bədən çəkisinin iki qatını yeyə bilir.Bu həşəratların sürfələri heyvan yemi kimi də istifadə olunur.
“Communications Biology” elmi jurnalında dərc olunan araşdırmada alimlər bu milçəkləri genetik olaraq dəyişdirməklə daha çox fayda əldə edilə biləcəyini irəli sürürlər. Avstraliyanın Macquarie Universitetinin tədqiqatçıları bunun milçəklərin həm daha çox tullantı istehlak etməsinə, həm də prosesdə müxtəlif sektorlarda istifadə olunacaq fermentlər istehsal etməsinə imkan yaradacağını bildiriblər.
Hazırda tullantıların idarə olunmasında geni dəyişdirilmiş mikroblardan istifadə olunur. Lakin bu canlıların steril mühitə və bol suya ehtiyacı var. Araşdırmanın baş müəllifi Maciej Maselko qara əsgər milçəklərinin birbaşa çirkli zibillə qidalana biləcəyini deyir.Onun fikrincə, milçəklər mikroblardan daha kiçik parçalara bölünən böyük həcmdə tullantıları istehlak edəcəklər.
Tədqiqatçılar deyirlər ki, onların təklif etdiyi metod həm də üzvi tullantıların parçalanması zamanı buraxılan metan qazının miqdarını azaldacaq.
Alimlər bildirirlər ki, tullantıların istehlakı prosesində milçəklər heyvan yemi, tekstil və əczaçılıq məhsullarında istifadə olunan fermentlər, həmçinin bioyanacaq və sürtkü materiallarının istehsalında istifadə oluna bilən neft birləşmələri istehsal edə bilirlər.
Tullantıların artıq problem olmadığı, təkrar istifadə olunduğu dairəvi iqtisadiyyat modelinə keçiddə geni dəyişdirilmiş milçəklərin əhəmiyyətli bir addım olacağı düşünülür.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...